Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır. «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək. Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam. Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək. Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm». «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək». Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız.
Выбор основного перевода