Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu. Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun». Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir. Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam. Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək».
Выбор основного перевода