Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır. O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir. Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz. Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın. Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün. Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir. Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim. Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm. Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım. Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum. Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin. Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir. bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər. Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm». Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq. İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi.
Выбор основного перевода