Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum. Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir. Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq». Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”. Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib. Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”.
Выбор основного перевода