Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir. Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır. Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram. Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib. Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir! Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir, Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir. Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
Выбор основного перевода