Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq. Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir. Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq. Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək. Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu. Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq. O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir.
Выбор основного перевода