Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq. Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır. Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər. Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız. Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.
Выбор основного перевода