Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu. Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq! Tofet çoxdan hazırdır, Aşşur padşahı üçün də O yer dərinləşdirilib genişləndirilmişdir. Od çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar. «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu. Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar. Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür. Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür. Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz. Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam.
Выбор основного перевода