Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm». Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar. O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz. Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq? İsminə alqış edin, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu hər gün müjdələyin. Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur. Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan! Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.
Выбор основного перевода