Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
«İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın: Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin. Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar, Ona və qalalarına qarşı savaşanların hamısı, Ona zülm edənlər bir röya kimi, Gecə görünən yuxu kimi yox olacaq. Yuxuda çörək yediyini görən ac adam Oyananda yenə acdır. Yuxuda su içdiyini görən susuz adam Oyananda yenə susuzluqdan yanır. Sion dağına qarşı döyüşən Bütün millətlərdən izdihamlar da belə olacaq. Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək. Sülh xəbəri gətirən, Dağları aşıb-gələn Müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir. «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək. Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!» Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.
Выбор основного перевода