Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir! Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam. Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik: «Saleh Olana izzət olsun!» Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma! Xainlər xainliklərini davam edir, Bəli, xainlər xaincəsinə hərəkət edir!» Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm. O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm. Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”». Ancaq səni yeyənlərin də hamısı yem olacaq. Bütün düşmənlərin sürgünə gedəcək. Səni soyanlar soyulacaq, Səni qarət edənlər qarət olunacaq”. Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan. Bir çox milləti soyduğun üçün Xalqlardan sağ qalanlar səni də soyacaq. Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.
Выбор основного перевода