Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı. Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq. Bayramlar keçirdiyimiz şəhərə – Siona bax! Gözlərin Yerusəlimi, Sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək, Kəndirlərinin heç biri qırılmayacaq. Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq». Amma İsrailə qurtuluşu Rəbb verəcək. Bu qurtuluş əbədi sürəcək. Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq. Ancaq Rəbb həqiqi Allahdır. Var olan Allahdır, Əbədi Padşah Odur. Qəzəbindən dünya titrəyər, Hiddətinin qarşısında Millətlər dura bilməz. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Выбор основного перевода