Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın. Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar. Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək. Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq. Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir.
Выбор основного перевода