Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın. Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir, O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir. Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq. O böyük məğlubiyyət günündə Qalalar yerə çökəndə Hər hündür dağdan, Hər uca təpədən sellər axacaq. Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək. Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı marallar kimi çevik edir, Zirvələrimdə məni gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.
Выбор основного перевода