Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb. Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır. O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar. Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, Yaralarına şəfa verəcəyəm. Çünki deyirlər ki, Sion rədd edilib, Onu axtaran yoxdur”. O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir. Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq. Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,
Выбор основного перевода