Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Anat oğlu Şamqar zamanında, Həm də Yael zamanında Karvanlar buraya gəlişini kəsdi, Səyyahlar dolanbac yollarla getdi. Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi. Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi. O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi. Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar. Dünyanı sakinləri murdar etdi, Çünki Allahın qanunlarını tapdaladı, Qaydalarına xor baxdı, Əbədi əhdi pozdu. Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq. O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
Выбор основного перевода