Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm. Rəbb bəyan edir: «Satınalan Siona gələcək, Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək». Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq! Şikəstləri sağ qalan xalq edəcəyəm, Atılanları güclü millətə çevirəcəyəm. Mən Rəbb onlara Sion dağından İndidən sonsuzadək hökm edəcəyəm». «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm. Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, Ancaq sağ qalanları xilas olacaq. Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
Выбор основного перевода