Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız. Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək! Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. Sela Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin! Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin. Amma İsrailə qurtuluşu Rəbb verəcək. Bu qurtuluş əbədi sürəcək. Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq. Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq». Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək».
Выбор основного перевода