Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız. Şamuel bütün İsraillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq». Onlar Mispaya toplaşdılar, su çəkib Rəbbin önünə tökdülər və o gün orada oruc tutub dedilər: «Rəbbə qarşı günah işlətmişik». Şamuel Mispada İsraillilərə hakimlik edirdi. Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan, Mənə tərəf qayıtsan, İyrənc bütlərini önümdən götürsən, Bir daha sərgərdan gəzməsən, Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla.
Выбор основного перевода