Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan! Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkədə aclıqdan tələf olmayacaq, millətlərin təhqirlərinə məruz qalmayacaqlar. “Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». Rəbb bəyan edir: «O gün hay verəcəyəm, Göylərə hay verəcəyəm, Onlar da yerə hay verəcək. Yer isə taxıla, təzə şəraba və Zeytun yağına hay verəcək, Onlar da İzreelə hay verəcək. Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı. Bol-bol, doyunca yeyəcəksiniz, Sizin üçün möcüzəli şeylər edən Allahınız Rəbbin adına şükürlər edəcəksiniz. Xalqım əbədi olaraq rüsvay olmayacaq. Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq. Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. «Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi.
Выбор основного перевода