Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq. O nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər. Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü. Çünki o gün yaxındır, Rəbbin günü yaxındır. O gün buludlu gündür, Millətlərin qiyamət günüdür. Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu? Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi. Onların dişləri aslan dişləri kimidir, Onlarda dişi aslanın köpək dişləri var. Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq. Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur.
Выбор основного перевода