Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın. Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız. Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!” Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək. Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər? Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək. O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür! O gün istehkamlı şəhərlərə, Hündür künc qüllələrinə qarşı Döyüş üçün çalınan şeypurların, Döyüş nərələrinin səsləndiyi gündür!
Выбор основного перевода