Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki, Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq. İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb. İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb-qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Onları cəzalandırdığım vaxt Yerə səriləcəklər» deyir Rəbb. Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır.
Выбор основного перевода