Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq. Millətlər üçün bayraq qaldıracaq, Əsir düşmüş İsrail övladlarını yığacaq, Dağılmış Yəhudalıları Dünyanın dörd bucağından bir yerə gətirəcək. Efrayimin qısqanclığı yox olacaq, Yəhudanı sıxışdıranlar məhv olacaq. Efrayim Yəhudaya qısqanmayacaq, Yəhuda Efrayimi sıxışdırmayacaq. Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq. Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək. İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq. amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam». Mən onları şimal ölkəsindən qaytaracağam, Dünyanın uzaq yerlərindən toplayacağam. Aralarında kor, topal, Hamilə və doğan qadın da olacaq. Böyük bir camaat olub buraya qayıdacaqlar. Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq. Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq. Onları özlərinin torpağında yerləşdirəcəyəm, Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir».
Выбор основного перевода