Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hansı millətlərin torpaqlarını alacaqsınızsa, allahlarına səcdə etdikləri uca dağlarda, təpələrdə, kölgəli hər ağacın altında olan bütün yerləri mütləq viran qoyun. Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar. Mən sizi bərəkətli torpağa gətirdim ki, Onun meyvələrindən və nemətlərindən dadasınız. Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz, Mülkümü iyrənc bir yerə çevirdiniz. “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin. özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin. Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın.
Выбор основного перевода