Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi. Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq? Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur. Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb. Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün! Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, Hədsiz səbirlidir, bol məhəbbətlidir, Bəla göndərməz, rəhm edər. Ona görə də sən onlara söylə ki, Ordular Rəbbinin sözü belədir: “Mənə tərəf qayıdın” bəyan edir Ordular Rəbbi, “Mən də sizə tərəf qayıdaram” deyir Ordular Rəbbi.
Выбор основного перевода