Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xalqın onda biri qalsa belə, Ölkə yenə dağılacaq; Lakin kəsiləndə kötüyü qalan Yabanı püstə və palıd ağacı kimi Müqəddəs nəsil onun kötüyüdür». Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün! Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır. Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq. Üzləri Siona tərəf Oraya gedən yolu soruşacaqlar, Onlar gəlib unudulmaz, əbədi bir əhdlə Rəbbə bağlanacaq. Səni əbədi olaraq Özümə nişanlayacağam, Salehlik, ədalət, məhəbbət və mərhəmətlə Səni özümə nişanlayacağam. Rəbb bəyan edir: «O gün hay verəcəyəm, Göylərə hay verəcəyəm, Onlar da yerə hay verəcək.
Выбор основного перевода