Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
«Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin. Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır. Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir.
Выбор основного перевода