Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür, Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür. Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan. Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz. Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur. Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
Выбор основного перевода