Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam. Misiri sənin üçün fidyə, Kuş və Seva ölkələrini Sənin azadlığının əvəzinə verdim. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. «Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. Ey Sion qızı, tərənnüm elə, Ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən! Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan! Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”». «Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir».
Выбор основного перевода