Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
«Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq. Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu: Rəbb belə deyir: “Qəzzəlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam. Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi. Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Aşdoddan əhalini silib-atacağam, Aşqelondan əsa gəzdirəni kəsəcəyəm. Eqrona qarşı əlimi qaldıracağam, Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir. Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən». Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı.
Выбор основного перевода