Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək. Bu sözlər Dəməşq barədədir: «Xamat və Arpad utanacaq, Çünki pis xəbər eşidib Ruhdan düşdülər. Sakit durmayan dəniz kimi Coşub narahat oldular. Bax sən Danieldən daha müdriksən, Heç kəs öz sirrini səndən gizlədə bilməz. Müdrikliyin və ağlınla özünə sərvət yığdın, Xəzinələrinə qızıl-gümüş topladın. Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”. “Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi. Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək. Kalneyə keçib görün, Oradan böyük Xamata gedin, Filiştlilərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü?
Выбор основного перевода