Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi. Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən. Zəncirlərlə buxovlanmış dustaqlar Tezliklə azadlığa çıxacaq. Ölüm çuxuruna düşməyəcək, Çörəkləri əskik olmayacaq. «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq?
Выбор основного перевода