Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Плач Иеремии
1 2 3 4 5
Параллельные места
Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək. Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi. Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır. Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm. Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı. Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm». Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır. Bu aclığın qurbanındansa Qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, Əriyən canlarında can qalmayıb. Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək. Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
Плач Иеремии
1 2 3 4 5
Выбор основного перевода