Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Плач Иеремии
1 2 3 4 5
Параллельные места
Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram. Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır. Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam. İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək. Dərdimə təsəlli yoxdur, Ürəyim köksümdə taqətsizdir. Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm. Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”. Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı. Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək. Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam. Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.
Плач Иеремии
1 2 3 4 5
Выбор основного перевода