Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Плач Иеремии
1 2 3 4 5
Параллельные места
Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq. Yolunu Rəbbə ver, Ona güvən, O edəcək. Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin. Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam». «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». Yəhuda padşahı Sidqiya onu burada həbs edərək demişdi: «Sən nə üçün bu cür peyğəmbərlik edib söyləyirsən ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm, o buranı ələ keçirəcək. Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir». Buna görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar içəcək. Mən də sizə qarşı əlimi uzadıb sizi qarət malı kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından silib-atacaq, ölkələr içindən yox edəcək və məhv edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
Плач Иеремии
1 2 3 4 5
Выбор основного перевода