Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Плач Иеремии
1 2 3 4 5
Параллельные места
Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi. Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin. Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi. Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”. Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu. Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir. Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı. Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi. Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb. Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün.
Плач Иеремии
1 2 3 4 5
Выбор основного перевода