Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Плач Иеремии
1 2 3 4 5
Параллельные места
Budur, Sahibimiz, Ordular Rəbbi Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi, Bütün çörək, su yardımını kəsəcək. Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, Küçələrdə heç kim onun səsini eşitməyəcək. Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün, Nə üçün geyimlərin qırmızıdır, Nə üçün libasın al rəngdədir, Sanki sən üzümsıxanda üzüm sıxırdın? «Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım. Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi. «Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm. Buna görə də onların övladlarını Aclığa ver, qılınc ağzına təslim et. Qadınları uşaqsız və dul qalsın, Ərlərini ölüm aparsın. Cavanlarını müharibədə qılınc öldürsün. Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq. Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır. Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir. Qəzəbləndiyin gün onları qətlə çatdırmısan, Aman vermədən qırmısan. Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq. Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı. Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
Плач Иеремии
1 2 3 4 5
Выбор основного перевода