Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İgidlərin qalxanları qıpqırmızıdır, Cəngavərlərin libasları al rəngdədir. Onlar hazır olan gün Döyüş arabalarının dəmirləri necə də parıldayır, Şam ağacından nizələr havada oynayır! gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi. Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar misdən idi. Birinci döyüş arabasının qırmızı, ikincisinin qara, üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi. Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?» deyib soruşdum. Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur.
Выбор основного перевода