Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq. Rəbbin zəhmli üzündən, Ehtişamının əzəmətindən Qayalıqlara gedin, Yerin altında gizlənin. Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək. Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, Bütün Başan palıdlarını yox edəcək. Bütün ulu dağları, hündür təpələri, Bütün yüksək qüllələri, Qala divarlarını yerlə yeksan edəcək, Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək. Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq. Bütlər tamamilə aradan götürüləcək. Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək. O gün insanlar Səcdə etmək üçün düzəltdikləri Qızıl və gümüş bütlərini götürüb Köstəbək və yarasaların Qabağına atacaqlar ki, Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Qaçmaq üçün qayalıqdakı çatlaqlara, Uçurumlardakı yarıqlara girsinlər. Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki? Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər? Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar. Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək. «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın. Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı. Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası». Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz». Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
Выбор основного перевода