Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək. Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq. Mənəm göyləri zülmətə bürüyən, Oranı çulla örtən». Səni məhv etdiyim zaman Göyləri bağlayacağam, Ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, Ay işığını verməyəcək. Sənin üzərində nur saçan Bütün səma cisimlərini qaraldacağam, Ölkəni qaranlığa qərq edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq. Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək. Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü. Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı. Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı.
Выбор основного перевода