Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər. Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar. Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq. Doğrudan da, təpələrdən, dağlardan gələn Hay-küy yalandır. Əslində İsrailin xilası Allahımız Rəbdədir. Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu. Bütün adalar aradan qalxdı və dağlar yox oldu. Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
Выбор основного перевода