Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən? Yayını açdın, Oxdanını oxlarla doldurdun. Sela Yer üzünü çaylarla yardın. gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi. üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi. Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir». Onların arasından qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy. Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi. Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».
Выбор основного перевода