Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan. Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram. Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq, Çünki onlar bilmədiklərini görəcək, Eşitmədiklərini anlayacaq. Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. «Hər Təzə Ay mərasimində, hər Şənbə günündə Bütün bəşər gəlib qarşımda səcdə edəcək». Rəbb deyir.
Выбор основного перевода