Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür. «Mən Rəbb salehliyimlə səni çağırdım, Səni əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən. Qulunun sözlərini icra edən, Elçilərinin sözlərini gerçək edən, Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”, Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq, Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm. Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq. Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.
Выбор основного перевода