Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək. Səni yaradan, ana bətnində quruluş verən, İmdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli, Ey seçdiyim Yeşurun! Səni Satınalan, Ana bətnində quruluş verən Rəbb deyir: «Bütün şeyləri yaradan, göyləri təkcə yayan, Təkbaşına yer üzünü sərən, Qaranlıqda gizlənmiş sərvətlərini, Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən: Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən. Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə Səni adınla çağırıb hörmət göstərdim, Halbuki sən Məni tanımırdın. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. «Mən sənə ananın bətnində Surət verməzdən əvvəl səni tanıdım, Doğulmazdan əvvəl səni təqdis edib Millətlərə peyğəmbər etdim». Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah
Выбор основного перевода