Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb. Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək, Onun adlı-sanlı adamları acından öləcək, Adi adamlar isə susuzluqdan yanacaq! İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq. «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir. Allahın deyir: «Rəbb səni çağırır Atılmış və ruhu əzilmiş, Gənc yaşında ərə getmiş, Sonra isə rədd olunmuş bir qadın kimi. Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm. Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir.
Выбор основного перевода