Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi. Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm. Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir. Dağlar yerini dəyişsə də, Təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir. Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb». Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.
Выбор основного перевода