Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya? Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar». Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbb birinciyəm və axırda da Mən varam». Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür». Ağacın qalığından özünə allah, Bir oyma büt düzəldib Qarşısında yerə sərilir, səcdə edir. Bu bütə dua edib yalvarır: «Məni xilas et, çünki sənsən mənim allahım!» Onlar bilmir, dərk etmir, Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, Görməzlər, anlamazlar. Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi? Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir! Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır. Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq».
Выбор основного перевода