Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır! Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz. Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur! dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm.
Выбор основного перевода